Yüzlərlə insana məzar olan “Boing 737 Max” müəmması


Son illərdə ən çox qəzaya düşən təyyarələr sırasına daxil olan “Boing 737 Max” təyyarəsi haqqında yeni iddialar ortaya atılıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 2016-cı ildə “Boing”in test uçuşlarını həyata keçirən pilotların mesajlarında bəhs edilən təyyarənin problemlərinin olduğu bildirilib. Pilotlar, “Boing 737 Max”ın idarəetməsini çətinləşdirən avtomatik sistemdəki nasazlıqdan xəbərdar olublar. Şirkətin keçmiş texniki baş pilotu bəhs edilən təyyarənin simulyasiya uçuşundan sonra həmkarlarına yazdığı mesajda uçuşu idarəetməs sistemindən narazı olduğunu yazıb: "Simulyasiyada çox pis uçdum. İdarəetmə çox çətindir, qorxunc hislər yaşadım".
Qeyd edək ki, 2018-ci il 28 oktyabrda Cakartadan Sumatra adasında yerləşən Pinanq şəhərinə uçan “Boing 737 Max” təyyarəsi qəzaya uğramış 189 nəfər həyatını itirmişdi. Həmin qəza “Boing” təyyarələrinin ilk qəzası olaraq tarixə düşmüşdü. Daha sonra 2019-cu il 10 martda Addis Ababadan, Kenyanın paytaxtı Nayrobiyə uçan “Boing” təyyarəsi qəzaya düşmüş 157 nəfər həyatını itirmişdi. Hətta firma həmin qəzalarda həyatını itirən insanların ailələrinə 100 milyon dollar dəyərində yardım edəcəyini bildirmişdi. Bu qəzalardan sonra Türkiyə, Çin, efiyopiya, İngiltərə, Almaniya, Fransa, Hollandiya, Avstriya kimi ölkələr “Boing 737 Max” təyyarələrindən istifadəni müvəqqəti olaraq dayandırmışdı.


Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top