Mağazadan və evdən oğurluq edənlər saxlanıldı


Oğurluq etdiyinə görə tutulan S.Pənahovun ətrafında Xətai rayon Polis İdarəsi 34-cü Polis Şöbəsinin əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onun oktyabrın 17-nə keçən gecə rayon ərazisindəki 2 mağazadan ümumilikdə 22 ədəd mobil telefon oğurlaması, habelə 1 lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 dollarıvə 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top