
Vanın Çaldıran bölgəsində, İran sərhədində PKK terrorçuları tərəfindən açılan atəş nəticəsində bir əsgər şəhid oldu, ikisi isə yaralandı.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çaldıran bölgəsindəki Sərhəd Batalyonunun Uzunyol Polis Bölməsinin patrul avtomobilinə İran sərhədindən gələn PKK terrorçuları tərəfindən atəş açılıb. Atışma nəticəsində bir baş çavuş şəhid olub, 2 əsgər isə yaralanıb.
Məlumata görə, yaralı əsgərlər helikopterlə Vanın Yüzüncü Yıl Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb və bölgədə geniş miqyaslı əməliyyat başladılıb. Yaralılarn vəziyyətinin yaxşı olduğu bildirilib.
İlahə Hüseynova
Tətbiqimizi yükləyə bilərsiniz