
Dünyanın ən böyük uşaq istismarı ilə bağlı videolar yayımlayan şəbəkəsinin məhv edilməsi üçün 38 ölkənin təhlükəsizlik qüvvələri birləşib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Milli Cinayət Agentliyi, bu günə qədər iki yüz mindən artıq videolar yayımlayan internet saytının 38 ölkədə 337 istifadəçisinin saxlanıldığını açıqlayıb.
Yüzminlərlə video arxivə sahib sayt İngiltərə, ABŞ, Cənubi Koreya, Səudiyyə Ərəbistan və Almaniya olmaqla 38 ölkənin səlahiyyətli şəxsləri bir araya gəlməsi nəticəsində məhv edilib.
Qeyd edək ki, şübhəli şəxslər saytda kripto valyuta hesabatının izlənməsi nəticəsində aşkar olunub. ABŞ-ın səlahiyyətli şəxsləri saytın sahibinin 23 yaşlı Cənubi Koreyalı Conq Vu Son olduğunu açıqlayıb. O, bundan əvvəl də törətdiyi 9 fərqli cinayətə görə həbs olunub.
Təşkil olunan əməliyyat nəticəsində videolarda göstərilən uşaqlardan 23-ü xilas edilib, digərlərinin axtarışı davam etdirilir.
Firəngiz Quliyeva
Tətbiqimizi yükləyə bilərsiniz