ABŞ diplomatları Rusiyada saxlanılıb? - İDDİA


Rusiyada amerikalı 3 diplomatın qadağan olunmuş əraziyə icazəsiz daxil olduqları üçün saxlanıldıqları iddia edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti məlumat yayıb. Bildirilir ki, ABŞ-ın Moskva səfirliyində işləyən 3 diplomat Rusiyada hərbi bazada partlayışın baş verdiyi Severodvinsk şəhərində saxlanılıb. İddiaya əsasən onlar Nenoks-Severodvinsk qatarı ilə qadağan olunmuş əraziyə icazəsiz daxil olublar. Mövzu ilə əlaqədar hələlik heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhərində yerləşən hərbi bazada avqust ayında baş verən partlayış nəticəsində radioaktiv sızıntının meydana gəldiyi iddia edilmişdi. Həmin partlayışda 5 nəfər dünyasını dəyişmişdi.

DİGƏR XƏBƏRLƏR

Top