2 aylıq körpəsini öldürən qadın: "Çox ağlayırdı, yastıqla boğdum"


Türkiyədə polis 2 aylıq körpəsini öldürən qadını saxlayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə 21 yaşlı qadın doğma uşağını ağladığı üçün yastıqla boğaraq öldürüb. Əvvəlcə həyat yoldaşına körpəsinin yemək yeyərkən boğularaq öldüyünü bildirib. Ancaq polis qadından şübhələnərək sorğuya alıb. Nəticədə gənc qadın ağlayaraq uşağının qatili olduğunu etiraf edib. Qadının körpəsini öldürmə səbəbi isə eşidənləri şoka salıb.
Qatilin sözləri belə olub: "Təzəcə yemək vermişdim, ancaq dayanmadan ağlayırdı, mən də yastıqla boğaraq öldürdüm".

DİGƏR XƏBƏRLƏR

Top