Qubada yol qəzasında 56 yaşlı qadın həyatını itirib

Gecə saatlarında Quba rayonunun Ağbil kəndi ərazisində “VAZ” və “Azsamand” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub. Dərhal FHN-in Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1960-cı il təvəllüdlü Şamxalova Lida İlyasovanın meyitini və digər avtomobildə sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişin çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Report

DİGƏR XƏBƏRLƏR

Top