Ərdoğandan UEFA-nın Türkiyəyə açdığı intizam işinə REAKSİYA


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın Türkiyə milli komandasının əsgər salamına görə UEFA-nın intizam işi açmasına münasibət bildirib. 

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qurumun addımını doğru hesab etməyib:

"Belə bir şey olmayıb. Ciddi nə isə olacağını təxmin etmirəm. Buna görə ancaq qınaya bilərlər. Bu yerə qədər gələn komandaya başqa bir mənfi yanaşma olmayacaq".

Qeyd edək ki, Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd ediblər. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Barış Pınarı" hərəkatına dəstək olduqları üçün əsgər salamı veriblər.

DİGƏR XƏBƏRLƏR

Top