"Ryanair"in İrəvan-Milan aviabileti 35, AZAL-ın Bakı-Milan aviabileti 351 avrodur


İrlandiyanın ucuz hava yolları şirkəti "Ryanair"in kommersiya direktoru Devid Obrayen İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistandan Avropaya uçuşların başladığını elan edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Ermənistandan dörd istiqamətdə uçuşlar həyata keçiriləcək: "Yanvar ayında İrəvandan Romaya və Milana, gələn ilin yayında isə Berlinə uçuşlar başlayacaq. Ermənistanın 2-ci böyük şəhəri Gümrüdən isə Memmingenə (Münxen yaxınlığında) uçuşlar gələn ilin yayında başlayacaq və bu, yəqin ki, Gümrüdən Avropaya ilk aviareys olacaq".
"Ryanair"in kommersiya direktorunun sözlərinə görə, İrəvan və Gümrüdən uçuşlar üçün biletlərin orta qiyməti 35 avro olacaq: "Əvvəlcədən bilet alarkən qiymət daha da aşağı ola bilər. Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Əgər tələbat çox olarsa aviareyslərin sayı artırıla bilər".
Məlumat üçün bildirək ki, Azərbayacandan Avropanın Roma, Milan, Berlin kimi böyük şəhərlərinə ucuz aviareysər təşkil olunmayıb. Bu şəhərlərə Bakıdan birbaşa uçuş həyata keçirən Azərbaycan Hava Yolları (AZAL) isə aviabiletləri olduqca yüksək qiymətə təklif edir. Məsələn, bu ayın 17-də Milan (İtaliya) şəhərinə uçmaq istəyənlər AZAL-a ən azı 351 avro (663 manat) ödəməlidir.

DİGƏR XƏBƏRLƏR

Top