9 il zirzəmidə dünyanın sonunu gözlədilər


Hollandiyada 9 il evinin zirzəmisində dünyanın sonunu gözləyən ailə tapılıb.
Yeniavaz.com xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hollandiyanın Ruinervold kəndində, meşəlik ərazidə yerləşən evin zirzəmisindən tapılan ailə - 58 yaşlı ata və 16-25 yaşlarında uşaqlar olublar.
Onların dediklərinə görə, dünyada onlardan başqa yaşayan insan olduqlarında xəbərləri olmayıb.
Onlardan kənddə kiçik bir restoran sahibi, 25 yaşlı bir nəfərin köhnə paltarda ondan köməklik istədikdən sonra polisə məlumat verməsi ilə xəbər tutulub. Aparılan axtarışdan sonra evin salonunda olan şkafın arxasından zirzəmiyə gedən gizli yol olduğunu və ailənin orada olduğu aşkarlanıb.
Polis ailəni ərazidən uzaqlaşdırdıqdan sonra fermada istintaq aparıb.

DİGƏR XƏBƏRLƏR

Top