Mingəçevirdə seçki ilə bağlı kurslara start verildi


47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslara başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, 47 saylı Mingəçevir DSK-nin sədri Oqtay Məmmədov seçki prosesində müşahidəçilərin hüquq və vəzifələrindən, KİV-lərin, yerli icra və bələdiyyə qurumlarının rolundan, həmçinin seçki komissiyaları ilə səmərəli əlaqələrin qurulması istiqamətində görüləcək işlərdən danışıb.
Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Sahib Əliyev, MSK-nin üzvü Bəxşeyiş Əsgərov, Mingəçevir şəhər Məhkəməsinin sədri Usaməddin Osmanov bildirişlərin seçicilərə çatdırılması, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizimləri haqqında məlumat veriblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top