DİN Tovuzda baş vermiş qətllə bağlı məlumat yaydı


Daxili İşlər Nazirliyi Tovuzda baş vermiş qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, oktyabrın 12-də saat 20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisindən şəhər sakini Asif İbrahimovun aldığı bıçaq xəsarətindən ölmüş vəziyyətdə xəstəxanaya gətirilməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini F.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top