Terrorçuların atəşi nəticəsində 9 aylıq körpə öldü


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” adlı hərbi əməliyyatının beşinci günündə terrorçular tərəfindən Türkiyə ilə sərhəd kəndlərə raket və minaatanlar atılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında doqquz aylıq Məhəmməd adlı körpə və 11-15 yaş arası üşaqların da olduğu 18 dinc sakin həyatını itirib, yüzdən çox insan yaralanıb.

PKK-nın Suriya qolu olan YPG terrorçuları Mardin vilayətinin Nusaybin şəhərinə, həmçinin Şanlıurfa əyalətindəki Akçakale, Ceylanpınar, Surux və Birejki yaşayış məntəqələrinə qumbaraatanlardan atəşə tutublar.

DİGƏR XƏBƏRLƏR

Top