Fransa Türkiyəyə silah satışını dayandırdı - SƏBƏB

Fransa Türkiyəyə silah satışını dayandırıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Florens Parli açıqlama verib.
O bildirib ki, ölkəsinin, Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək və bölgəyə sülh gətirmək məqsədiylə başlatdığı “Barış Pınarı” hərəkatında istifadə ehtimalı olan hər cür döyüş təchizatının ixracatı dayandırılır: “Fransa, Türkiyənin Suriyanın şimal-şərqində icra etdiyi hərbi hərəkatın dayandırılmasını gözləyərkən, bu hərəkatda istifadə edilmə ehtimalı olan hər cür döyüş təchizatının Türkiyəyə ixracatının dayandırılmasına qərar verdi”. Bununla da, Türkiyəyə silah satışını dayandıran ölkələrin sayı 5-ə çatdı. Bundan öncə, Finlandiya, Hollandiya, Norveç və Almaniya da Türkiyəyə silah satışını dayandırdıqlarını açıqlamışdılar.

DİGƏR XƏBƏRLƏR

Top