Jurnalist snayper gülləsindən son anda qurtuldu - VİDEO


Jurnalist Türkiyənin Suriyada keçirdiyi "Barış Pınarı" əməliyyatı barədə hadisə yerindən xəbər verərkən atəşə tutulub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyədə yayımlanan FOX televiziyasının operator və müxbiri YPG terrorçularının hücumuna məruz qalıb. Sərhəddə yaxın ərazidə hündür binanın üstündə çəkiliş edərkən bir neçə metr yaxınlıqlarına güllə atılıb. Bunu görən jurnalist və operator cəld aşağı əyiliblər. Həmin nöqtə bir neçə saniyə ara ilə bir neçə dəfə  atəşə tutulub. Jurnalistlərin ölümdən qurtulduğu həmin anlar kameralara yansıyıb.

DİGƏR XƏBƏRLƏR

Top