
Ukraynanın paytaxtı Kiyev şəhərində 22 yaşlı azərbaycanlı qətlə yetirilib.
Yeniavaz.com BAKU.WS-ə istinadən xəbər verir ki, həmyerlimiz 23 yaşlı azərbaycanlı tərəfindn qətlə yetirilib. Qatil olduğu güman edilən şəxsin sərhədi keçdiyi ehtimal edilir. Hazırda onun beynəlxalq axtarışa verilməsi məsələsi müzakirə olunur.
Cinayətə görə, 7 ildən 15 ilədək nəzərdə tutulub. 22 yaşlı həmyerlimizin meyiti 3 gün yaşadığı mənzildə qalıb. Qonşular 102-yə zəng edərək mənzildən qoxu gəldiyini bildiriblər. Bundan sonra hadisə yerinə gələn xilasedicilər mənzilin qapısında qan izləri aşkar ediblər.
Qapını sındırdıqdan sonra gəncin üzərində çoxlusayda bıçaq yarası olan meyiti aşkar edilib.