
Azərbaycanda kişilərin orta aylıq əmək haqqı ilə qadınların orta aylıq əmək haqqı arasında kəskin fərq var.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açılqanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, Azərbaycanda kişilərin orta aylıq nominal əmək haqqının məbləği 670,2 manat olub. Qadınların orta aylıq nominal əmək haqqının məbləği isə bundan təxminən 2 dəfə az 360,8 manat təşkil edib.
Qeyd edək ki, istisnasız olaraq iqtisadiyyatın bütün sahələrində kişilər qadınlardan daha yüksək əmək haqqı alırlar.
İqtisadiyyatın əsas sahələrində kişi və qadınların aldığı orta aylıq nominal əmək haqqı məbləği belə olub:
Sahələr | Kişilərin əmək haqqı |
Qadınların əmək haqqı |
Kənd təsərrüfatı | 284,1 | 270,5 |
Mədənçıxarma sənayesi | 3 165,8 | 1 657,9 |
Tikinti | 714,1 | 506,3 |
Ticarət | 408,5 | 326,6 |
Turizm və ictimai iaşə | 571,9 | 472,2 |
İnformasiya və rabitə | 934,9 | 761,1 |
Maliyyə və sığorta | 1 667 | 1 064,8 |
Təhsil | 432,1 | 341,6 |
Səhiyyə | 299,5 | 222,6 |
CƏMİ | 670,2 | 360,8 |