
Bu ilin sentyabr ayının əvvəlinə olan məlumata görə, Türkiyədə avtomobillərin 24,4%-i benzin, 37,6%-i dizel, 37,7%-i qaz (LPG), 0,1%-i isə elektrik ilə işləyir.
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanana məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlilə müqayisədə ümumi avtomobillərin içərisində benzin və qazla işləyənlərin payı azalıb, dizellə işləyən avtomobillərin payı artıb. Belə ki, bu ilin əvvəlində Türkiyədə avtomobillərin 24,9%-i benzin, 36,8%-i dizel, 37,9%-i qaz (LPG) ilə işləyib.
Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə Türkiyədə avtomobillərin 75,2%-i benzin, 4,7%-i dizel, 14,7%-i qaz (LPG) ilə işləyib.
Son 16 ildə Türkiyədə dizellə işləyən avtomobillərin sayı 18,6 dəfə artaraq 252 629 ədəddən 4 milyon 696 min 664 ədədə yüksəlib. Bu dövürdə benzinlə işləyən avtomobillərin sayı 25% azalaraq 4 milyon 62 min 486 ədəddən 3 milyon 46 min 523 ədədə düşüb.
Ümumiyyətlə son 16 il ərzində Türkiyədə benzin, dizel və qazla işləyən avtomobillərin ümumi avtomobillər içərisindəki payı belə dəyişib:
İllər | Avtomobillərin sayı | Benzinlə işləyən | Dizellə işləyən | Qazla işləyən | Elektriklə (Hibrid) işləyən |
2004 | 5 400 440 | 75,2 % | 4,7 % | 14,7 % | - |
2005 | 5 772 745 | 67,3 % | 6,8 % | 21,8 % | - |
2006 | 6 140 992 | 62,5 % | 9,5 % | 24,8 % | - |
2007 | 6 472 156 | 57,4 % | 11,8 % | 28,2 % | - |
2008 | 6 796 629 | 52 % | 13,9 % | 32,6 % | - |
2009 | 7 093 964 | 47,6 % | 15,7 % | 35,6 % | - |
2010 | 7 544 871 | 42,3 % | 18,3 % | 38,4 % | - |
2011 | 8 113 111 | 37,4 % | 21,6 % | 40,2 % | - |
2012 | 8 648 875 | 33,9 % | 24,3 % | 41,3 % | - |
2013 | 9 283 923 | 31,1 % | 26,9 % | 41,5 % | - |
2014 | 9 857 915 | 29 % | 29,2 % | 41,4 % | - |
2015 | 10 589 337 | 27,6 % | 31,6 % | 40,3 % | - |
2016 | 11 317 998 | 26,8 % | 33,6 % | 39,2 % | - |
2017 | 12 035 978 | 25,9 % | 35,4 % | 38,4 % | - |
2018 | 12 398 190 | 24,9 % | 36,8 % | 37,9 % | - |
2019 Sentyabr | 12 505 020 | 24,4 % | 37,6 % | 37,7 % | 0,1 % |