Bakıda güclü küləklə bağlı sakinlərə və sürücülərə XƏBƏRDARLIQ


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

Yeniavaz.com xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, yaxın bir necə saat ərzində Bakıda və Abşeron yarımadasında şimal küləyinin 15-20, arabir 23-28, bəzi yerlərdə isə arabir 30-33 metr-saniyədək güclənəcəyi gözlənilir. Belə güclü külək, eyni zamanda hazırda ağacların yarpaqla yüklü olması onların aşma ehtimalını artırır:

"Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".

DİGƏR XƏBƏRLƏR

Top