Göytəpədəki zibillik təmizlənir - FOTO

Cavabdeh qurumlar Cəlilabad rayonunun Göytəpə şəhərindəki çayın yaxınlığında əmələ gəlmiş kütləvi natəmizliyi aradan qaldırmağa, təmizlik işləri aparmağa başlayıblar.

Bu barədə “Facebook” səhifəsində rəssam Ülviyyə Musayeva yazıb:

“Dostlar, Ekologiya Nazirliyindən və Fövqəladə Hallar Nazirliyindən ildırımlı sürətli reaksiya gəldi. Mənim “Facebook”dakı birbaşa yayımım və jurnalistlərin reaksiyası sayəsində ərazidə təmizlik işləri gedir”.

Qeyd edək ki, rəssam Ülviyyə Musayevanın “Facebook” sosial şəbəkəsində Cəlilabad rayonunun Göytəpə şəhərindəki antisanitar vəziyyəti əks etdirən görüntüləri saytımızda da geniş ictimaiyyətə təqdim olunmuşdu. Göründüyü kimi, işıqlandırılan problem diqqətdən kənarda qalmayıb.


oxu.az

DİGƏR XƏBƏRLƏR

Top