
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonu,Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
“Ford” markalı sərnişin mikroavtobusu “Mercedes” markalı yük maşını ilə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişinlərdən 3 nəfəri müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Şirvan Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.