
Məşhur rusiyalı qaydasız döyüş ustası Maksim Novoselovun ayı ilə məşq etdiyi video görənləri təəccüləndirib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, məşhur rusiyalı döyüşçü ayı ilə məşq edib. Sonda döyüşçünün ayıya qalib gəldiyi görünsə də yırtıcının onunla sadəcə oyun oynadığı aydın şəkildə hiss olunur.
Qeyd edək ki, Maksim Novoselov bundan əvvəl də bənzəri şoular göstərib. Onun bir neçə döyüşçünü məğlub etdiyi döyüşlər, həbsxanada məhbuslarla məşqlərini buna misal göstərə bilərik.