Sabiq deputat ayı hücumu nəticəsində öldü


Yakutiya əyalət məclisinin keçmiş deputatı Alexandr Krılov respublikanın Oymyakon rayonunda ayı hücumuna məruz qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə sabiq millət vəkili həyatın itirib. Bildirilir ki, ötən gün mediada hadisəylə bağlı yayılan məlumatları bələdiyyə başçısının səlahiyyətlərini icra edən şəxs İqor Vodvozova təstiq edib.
Məlumata görə, A.Krılov dostlarıyla birlikdə ova gedib. Tomtor kənd istiqamətində 4 velosipedlə hərəkət edən şəxlərin qarşısına anidən ayı çıxıb. Bu zaman sabiq millət vəkili dərhal ayını vurub və ona yaxınlaşıb, yaxınlıqda olan başqa bir ayı isə ona hücum edərək xəsarət yetirib. Bildirilir ki, A.Krılov hadisə yerində dünyasını dəyişib.
Sabiq deputatın cəsədi Tomtor kəndinə gətirilib.

DİGƏR XƏBƏRLƏR

Top