Zelenskini istefaya çağırdılar - KİMLƏR?


Ukraynada milliyətçi qruplar mitinq keçirərək prezident Vladimir Zelenskini tutduğu vəzifədən uzaqlaşmasını istəyiblər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynada mitinq təşkil edən milliyətçilər Zelenskinin Rusiyaya təslim olduğunu söyləyiblər. Buna səbəb, ölkənin şərqində yaşayan Rusiya tərəfdarı vətəndaşlarla razılığa gəlinməsi istiqamətində təklif edilən layihəni qəbul etməsi göstərilib. Kiyevdə prezident adminstrasiyasının qarşısında toplanan milliyətçilər Zelenski istefa verənə qədər hər gün mitinq keçirəcəklərini bildiriblər. Prezidenti vətənə xəyanətlə ittiham edən milliyətçilər yeni layihənin qəbul edilməsinin azadlıq mübarizəsində həyatlarını itirən 16 min əsgərə hörmətsizlik olduğunu söyləyiblər.

DİGƏR XƏBƏRLƏR

Top