Bakıda kirayədə yaşayan 62 yaşlı kişi itkin düşdü


Bakıda 62 yaşlı kişi itkin düşüb.

Hadisə paytaxtın Xətai rayonunda baş verib. Bərdə rayon sakini Tünzalə Misirxanova polisə məlumat verərək bildirib ki, Xətai rayonu ərazisində kirayədə yaşayan qardaşı, Bərdə rayon sakini, 1957-ci il təvəllüdlü Muxtarov Faiq İslam oğlu sentyabrın 5-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.//Trend

DİGƏR XƏBƏRLƏR

Top