Gəncədə məktəbli qızları maşın vurub


Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Şəhər sakini Cəlal Mehdiyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Nəbiyeva Sevinc Ruslan qızını vurub. S.Nəbiyeva zərbənin təsirindən yolu keçən digər piyada, 14 yaşlı Vüsalə Yusifovaya çırpılıb. Hər iki piyada xəstəxanaya yerləşdirilib. 
Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.
Piyadaların məktəbli olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top