İranda su quyusunda 5 nəfər ölüb

İranın Səbzivar şəhərində su quyusunda 5 nəfər boğulub. 6 nəfərlik qrup 120 metr dərinlikdə olan quyuda dərinləşdirmə işi görərkən uçqun baş verib. İşlər 80 metr dərinlikdə həyata keçirilib. Quyu dərin olduğu üçün xilasetmə işlərinin həyata keçirilməsində çətinliklər yaşanır. Quyuya düşmüş şəxslərin çıxarılması üçün axtarış işləri davam etdirilir. Bu məqsədlə quyunun ətrafında dərin tunel qazılır.

APA

DİGƏR XƏBƏRLƏR

Top