
Mingəçevir şəhər sakini 64 yaşlı Vəli Qaçayevin peşəsi sürücülük olsa da o, boş vaxtlarında bağbanlıqla da məşğul olur.
Yeniavaz.com xəbər verir ki, V. Qaçayev bağında Mingəçevir iqlimi üçün xarakterik olmayan subtropik meyvələr yetişdirir.
O, portağal, mandarin, feyxoa və limon ağaclarından xüsusi qulluq vasitəsi ilə meyvə əldə edir.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən birinin sürücüsü vəzifəsində çalışan V. Qaçayev iş saatı başa çatdıqdan sonra ağaclara qulluq etdiyini bildirir.
Esmira Hidayətova, Mingəçevir