Tramp ona qarşı açılan impiçmenti dövlət çevrilişi adlandırdı

ABŞ prezidenti Donald Tramp ona qarşı açılan impiçment prosedurunu çevriliş adlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə başçısı “Twitter” hesabında yazıb.
“Mən qərara gəldim ki, bu olanlar impiçment deyil, xalqın gücünü, onların səslərini, azadlıqlarını, ikinci düzəlişini (silah dövriyyəsini icazə verməyə - red), dini, silahlı qüvvələri, sərhəddəki divarı və Amerika Birləşmiiş Ştatları vətəndaşlarına Allah tərəfindən verilmiş hüquqları əllərindən almaq üçün edilən dövlət çevrilişidir. Bundan əminəm”, - deyə D.Tramp bildirib.  

DİGƏR XƏBƏRLƏR

Top