Rusiya dünya ölkələrini narahat edən raketi ilk dəfə sınaqdan keçirdi - VİDEO


Rusiyanın istehsal etdiyi nüvə başlıqları daşıya bilən ballistik raketin sınaq görüntülərini yayımlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, qitələrarası istənilən nöqtəni vura bilən raket sınaqdan uğurla keçib. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, "Topol-M" adlı raket yerin 30 metr dərinliyindən atılıb və hədəfi tam şəkildə vurub. Nazirlik rəsmiləri həmçinin söyləyib ki, sınaq raketin bütün xüsusiyyətlərinin işləyib işləmədiyini öyrənməkdir. Bütün dünyanın diqqətlə təqib etdiyi raketin atış görüntüləri anbaan kameralar tərəfindən qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top