Əli Əhmədov: “Hökumət çalışır ki, insanlar daha da yaxşı yaşasın”

“Bu gündən pensiyalar 200 manata çatdırılıb”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu bu gün Sabunçu rayonu, Bilgəh qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr edilmiş tədbirdə Baş Nazirin müavini Əli Əhmədov bildirib.
Ə. Əhmədov qeyd edib ki, gələn ildən vətəndaşlar icbari tibbi sığorta ilə daha yaxşı tibbi xidmət ala biləcəklər: “Azərbaycan dövlətinin siyasətinin mərkəzində vətəndaş dayanır. Hökumət çalışır ki, insanlar daha da yaxşı yaşasın. Bu, hər bir kəsin dövlətidir. Dövlət də zamanı çatanda hər bir vətəndaşa, o cümlədən ahıl vətəndaşlara qayğı göstərir”.

DİGƏR XƏBƏRLƏR

Top