"İnter" telekanalının binasını yandırmaqda şübhəli bilinən 6 nəfər həbs edilib - VİDEO

Kiyev polisi "İnter" telekanalının binasında baş vermiş yanğını törətməkdə şübhəli bilinən 6 nəfəri həbs edib.

Bu barədə Kiyev Milli Polisinin Baş İdarəsinin rəisi Andrey Krişenko bildirib.

O, bildirib ki, həbs edilənlər polis idarəsinə aparılıblar. Hazırda həmin şəxslərin kimliyi araşdırılır.

Təqsirləndirilənlər əvvəlcə telekanalın binası qarşısında avtomobil təkərini yandırıblar. Sonra isə binanın foyesinə yandırıcı vasitələr atıblar.

Hadisə yerinə 7 yanğınsöndürən maşın, habelə polis və təcili yardım maşınları cəlb edilib.

Faktla bağlı cinayət işi açılıb.

Report

DİGƏR XƏBƏRLƏR

Top