Haluk Levent Azərbaycanın dövlət rəsmilərinə müraciət etdi - FOTO


"Azərbaycanın dövlət rəsmilərinə səslənirəm".
Yeniavaz.com xəbər verir ki, türkiyəli məşhur müğənni Haluk Levent bu sözləri öz rəsmi "Twitter" səhifəsində yazıb. Buna səbəb isə Türkiyədə yaşayan azərbaycanlı Surə Nadirovanın xəstəliyidir. Müğənni limfa xərçəngi olan (limfositlərdə (T hüceyrələri və ya B hüceyrələri) başlayan xərçəng növüdür) 22 yaşlı azərbaycanlı üçün hər kəsdən, həmçinin Azərbaycanın dövlət rəsmilərindən kömək istəyib. O bildirib ki, müalicə üçün 400 min türk lirəsinə (120 min AZN) ehtiyac var: "Türkiyə vətəndaşı olmadığı üçün yardım kampaniyası başlatmağa dövlət icazə vermir. Azərbaycanın dövlət rəsmilərinə səslənirəm. Bakıda çox dinləyicim var. Biletli konsert təşkil edin, yığılan pulu Suranın müalicəsinə xərcləyək, qardaşlığımızı daha da gücləndirək".

DİGƏR XƏBƏRLƏR

Top