
Bakıda Qarabağ əlilləri ilə SOCAR əməkdaşları arasında növbəti insident yaşanıb.
Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlar və video-materiallarda Qarabağ qazilərinin Biləcəridə etiraz aksiyası keçirdiyi bildirilir. Qeyd olunur ki, qazilər və aksiyanı çəkən jurnalist bu zaman hücuma məruz qalıb. Həmin görüntülərdən bəzilərini etik səbəblərdən təqdim edə bilməsək də, bəzilərini təqdim edirik:
Qeyd edək ki, sentyabrın 28-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində SOCAR əməkdaşları ilə qanunsuz tikinti aparan şəxslər arasında da kütləvi dava baş verib.