Çayxanadan narkotik çıxdı - FOTO

Tərtər rayonunun Mamırlı kəndində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında rayon sakini Əli Həsənovun işlətdiyi çayxanaya və yaşadığı evə keçirdikləri baxış zamanı oradan ümumi çəkisi 1kq 400 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top