Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov Rusiyanın birbaşa investisiyalar fondunun rəhbəri Kiril Dmitriyevlə görüşüb.
Yeniavaz.com xəbər verir ki, Həbib daha sonra bildirib ki, növbəti döyüşünü böyük ehtimalla Rusiyada keçirəcək.
Nurməhəmmədov “Instagram” hesabında yazıb: “Növbəti döyüşümün Rusiyada keçirilmə ehtimalı çoxdur. Kiril Aleksandroviçlə söhbətləşmək xoş oldu”.
Xatırladaq ki, sentyabrın əvvəllərində rusiyalı döyüşçü UFC 242 çempionatında amerikalı rəqibi Dastin Poryeni məğlub edərək, növbəti dəfə yüngül çəkidə çempion titulunu qazanmışdı.