Şəhid pilotun adı yeni doğulan qardaşı oğluna verildi


Polkovnik-leytenant Rəşad Atakişiyevin adı yeni dünyaya gəlmiş qardaşı oğluna verilib. 

Bu barədə məlumatı Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani pilotun 40 mərəsimində verib.

O bildirib ki, bu itki onun ailəsi kimi silahdaşlarını da narahat edib: “Bu ötən gündə baş verənlərlə bağlı onun məzarında hesabat vermək istəyirəm. Onun ölümündən sonra Türkiyə və Azərbaycan pilotlarının birgə hərbi təlimləri keçirildi. O mərasimdə bir daha Rəşad xatırlandı, yada düşdü. Onun dəfninin səhəri gün xəbər eşitdik ki, qardaşı Elşadın oğlu dünyaya gəldi. Adını Rəşad qoydular. Bu hər kəsə nəsib olmur ki, ölümündən dərhal sonra adı başqasına qoyulsun”. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top