Nazirlik əməkdaşları İnam Kərimova yalan məlumat veriblər, yoxsa... - VİDEO


Dünən Kənd Təsərrüfatı naziri İnam Kərimov Göyçay rayonunda "Narçılığın inkişafı: qarşıda duran vəzifələr" mövzusunda keçirilən respublika müşavirəsində deyib ki, 80-ci illərin sonu, 90-cu illərin əvvəlində, xüsusilə də 1992-1993-cü illərdə 267 min hektar üzüm sahəsi vəhşicəsinə məhv edilib.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycanda üzüm sahələri ən yüksək səviyyəyə 1984-cü ildə çatıb. Həmin il Azərbaycanda 284,1 min hektar sahədə üzüm mövcud olub.
Əgər Kənd Təsərrüfatı nazirinin dediyi kimi 1994-cü ilə kimi 267 min hektar sahə məhv edilsəydi, o zaman 1994-cü ildə ölkədə 17,1 min hektar üzüm sahəsi qalmalıydı. Lakin, Dövlət Statistika Komitəsindən açıqlanan məlumatda göstərilir ki, 1994-cü ildə ölkədə 110,3 min hektar üzüm sahəsi mövcud olub və bunun 105,1 min hektar sahəsindən 313,8 min ton üzüm toplanıb.
Rəqəmlərdən də göründüyü kimi, Kənd Təsərrüfatı nazirinin dediyi dövürdə üzüm sahələrində böyük azalma olub. 1985-1993-cü illərdə üzüm sahələrinin yarıdan çoxu - 61,2%-i yox olub. Lakin, bu azalmada Azərbaycan ərazilərinin Ermənitsan tərəfindən işğalı da böyük rol oynayıb. Bu səbıbdən də nazirin üzüm sahələrinin azalması ilə bağlı dediyi 267 min hektar rəqəmi yanlış olub. Bunu texniki səhv olduğu, ya da nazirlik əməkdaşlarının naziri yanlış məlumatlandırdığı barədə əlavə açıqlma verilməyib.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovla əlaqə saxlamağa çalışsaq da telefon zəngimizə cavab verilmədi.
Məlumat üçün bildirək ki, Azərbaycanda üzüm istehsalı ən yüksək səviyyəyə 1984-cü ildə yüksəlib. 1984-cü ildə Azərbaycanda  2 milyon 126,1 min ton üzüm istehsal olunub. Müqayisə üçün bildirək ki, bu göstərici ötən il qeydə alınan göstəricidən 13 dəfə çoxdur. Belə ki, ötən Azərbaycanda 167,6 min ton üzüm istehsal olunub.
Məhsul verən sahələr isə ən yüksək səviyyəyə 1985-ci ildə çatıb. 1985-ci ildə 218,8 min hektar sahədən üzüm yığılıb.
Məhsuldarlığı gəldikdə isə qeyd edək ki, ən yüksək məhsuldarlıq 1981-ci ildə olub. Həmin il 1 hektar sahədən 101,7 sentner üzüm toplanıb.  
Məlumat üçün onu da qeyd edək ki, ötən il qeydə alınan məhsuldarlıq 1984-cü ildən sonra ilk dəfə müşahidə olunub. 1984-cü ildə hektar sahədən 99,2 sentner üzüm toplanıb. Sonrakı illərdə məhsuldarlıq bu göstəricidən az olub. Ötən il isə məhsuldarlıq 1984-cü ildən sonrakı ən yüksək səviyyəyə - 92,8 sentnerə yüksəlib.
Üzüm əkilən sahələr ən aşağı səviyyəyə 2003-cü ildə düşüb. Qeyd olunan ildə cəmi 7,7 min hektar sahədə üzüm əkilib və bunun 7,4 min hektarından üzüm toplanıb.
Ən az üzüm toplanan il isə 1963-cü ildə qeydə alınıb. Həmin il cəmi 11,2 min ton üzüm yığılıb. Məhsuldarlıq isə hər hektarda 3,1 sentner olub.
Müstəqillik dövründə isə ən az yığım 2004-cü ildə olub - 54,9 min ton.
1984-cü ildən sonra üzüm sahələri bu cür olub:
İllər Üzüm
sahələri
(min ha)
1984 284,1
1985 267,8
1986 214,2
1987 197,0
1988 195,4
1989 188,9
1990 181,4
1991 171,0
1992 146,3
1993 140,1
1994 110,3
1995 97,7
1996 83,3
1997 66,3
1998 35,1
1999 20,5
2000 14,2
2001 11,5
2002 8,9
2003 7,7
2004 8,0
2005 9,6
2006 10,0
2007 12,4
2008 13,3
2009 15,0
2010 15,4
2011 15,9
2012 16,3
2013 16,1
2014 15,9
2015 16,1
2016 16,0
2017 16,1
2018 16,1
 

DİGƏR XƏBƏRLƏR

Top