Rusiyada təyyarə qəzası nəticəsində 56 nəfər xəsarət alıb


Rusiyanın Barnaul şəhərində təyyarənin qəza enişi etməsi nəticəsində xəsarət alanların sayı 56-a yüksəlib.
Yeniavaz.com
“TASS” agentliyinə istinadən xəbər verir ki, “Azur Air” aviaşirkətinə məxsus “Boeing-737” tipli təyyarə ötən gün Barnaul hava limanında qəza enişi edib. Məlumata görə, 334 sərnişin və 10 ekipaj üzvü olub. 
Bildirilir ki, yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və hava nəqliyyatının istismarı ilə bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top