
Son 4 il ərzində 2015-2018-ci illərdə Azərbaycanda kişilərin orta çəkisi 400 qram artaraq 72,1 kiloqramdan 72,5 kiloqrama yüksəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, 2015-2018-ci illərdə Azərbaycanda qadınların da orta çəkisi kişilərdə olduğu kimi - 400 qram artıb. 2015-ci ildə qadınların orta çəkisi 65,1 kiloqram olduğu halda 2018-ci ildə 65,5 kiloqram olub.
Son 4 ildə qadınların boyu dəyişməz qaldığı halda, kişilərin boyu 0,2 santimetr artıb. Belə ki, qadınların orta boyu 4 il əvvəl olduğu kimi 2018-ci ildə də 163,8 santimetr olub. Kişilərin orta boyu isə son 4 ildə 171,2 santimetrdən 171,4 santimetrə yüksəlib.
Bundan başqa, açıqlanan rəsmi məlumata görə son 4 ildə artıq çəkisi olan qadınların sayı artdığı halda, artıq çəkisi olan kişilərin sayı azalıb.
Qadınlar | Kişilər | |||||||
2015 | 2016 | 2017 | 2018 | 2015 | 2016 | 2017 | 2018 | |
Orta çəki (kq) | 65,1 | 65,4 | 65,4 | 65,5 | 72,1 | 72,2 | 72,2 | 72,5 |
Orta boyu (sm) | 163,8 | 163,9 | 163,8 | 163,8 | 171,2 | 171,2 | 171,2 | 171,4 |
Artıq çəkisi olanların faizi |
4,5 % | 4,8 % | 4,8 % | 4,7 % | 3,5 % | 3,6 % | 3,6 % | 3,3 % |