Rasim Balayevin ayaqları tutulub


Xalq artisti Rasim Balayevin səhhəti pisləşib.

Yeniavaz.com xəbər verir ki, bu barədə sənətçinin özü publika.az-a məlumat verib.

“Yaş öz sözünü deyir. Yeriyə bilmirəm, ayaqlarım tutulub, bel və ayaq ağrıları məni incidir. Ayağımda şiş var, su yığılıb”, - deyə aktyor qeyd edib.

Rasim Balayev bildirib ki, Gömrük Hospitalında fizioterapiya müalicəsinə başlayıb.

Xatırladaq ki, Xalq artisti keçən il bel yırtığı diaqnozu ilə müalicə üçün Türkiyəyə getmişdi.

DİGƏR XƏBƏRLƏR

Top