Özbək qulluqçu millət vəkilinin silahı ilə özünü vurdu - Türkiyədə


Türkiyənin hakim partiyası AKP-nin (Ədalət və İnkişaf Partiyası) İstanbul şəhərindən seçilmiş millət vəkili Şirin Ünalın qulluqçusu Nadirə Qadirova intihar edib.
Yeniavaz.com
Türkiyə mətnuatına istinadla xəbər verir ki, hadisənin qəribə tərəfi isə bundadır ki, özbək əsilli Nadirə Qadirova millət vəkilinə məxsus tapança ilə özünü vurub. Bildirilib ki, hadisədən bir gün əvvəl N. Qadirova belə ifadələr işlədirmiş: "Çox pis hadisələr baş verir. Mən qardaşımın üzünə necə baxacağam. Ölmək istəyirəm".
Mətbuatda yayılan xəbərlərə əsasən N. Qadirova 1 ildir ki, millət vəkilinin evində xəstə olan həyat yoldaşına qulluq edirmiş.
N. Qadirovanın qardaşı isə bacısının özünü öldürməsi üçün heç bir səbəbin olmadığını bildirib: "4 ildir ki, Türkiyədə yaşayırdı. Yaxın günlərdə universitetə hazırlaşmaq üçün kurslara başlayacaqdı. Heç bir problemi yox idi. İntihar hadisəsi bizi təəccübləndirdi".
Türkiyə mətbuatında bildirilir ki, hadisə millət vəkili evdə olarkən baş verib və o bu barədə danışmaq istəmir.

DİGƏR XƏBƏRLƏR

Top