Ermənistan mətbuatında Azərbaycana məxsus Pilotsuz Uçuş Aparatının (PUA) təmas xəttinin Ağdam istiqamətində vurulduğu barədə məlumat yayılıb.
Yeniavaz.com Ermənistan KİV-lərinə istinadən bildirir ki, vurulan PUA-nın İsrail istehsalı olan "ORBITER-2" olduğu qeyd olunub.
Məlumatda qeyd olunur ki, son 8 ildə Azərbaycan Silahlı Qüvvələrinə məxsus 22 pilotsuz uçan aparat vurulub.
Azərbaycan Müdafiə Nazirliyindən mətbuata verilən açıqlamada isə bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil. "Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur", - deyə məlumatda qeyd edilib.
Məlumat üçün bildirək ki, İsrail istehsalı olan və Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan "ORBITER-2" PUA-ları hərbi və daxili təhlükəsizlik tapşırıqlarının yerinə yetirilməsi üçün layihələndirililib. Sistem kiçik münaqişələrdə müxtəlif kəşfiyyat tapşırıqlarının həyata keçirilməsi üçün nəzərdə tutulub.
Əsas texniki göstəriciləri bunlardan ibarətdir:
Ölçüləri:
- Qanadlarının uzunluğu - 3 metr
- Uznluğu - 1 metr
Texniki göstəriciləri:
- Çəkisi - 8,5 kq
- Faydalı yük götürmə imkanı - 1,5 kq
-Uçuş məsafəsi - 80 km
- Uçuş müddəti - 4-5 saat
- Yüksəklik - 6 km
- Uçuş surəti - 70 km/s
