
Xəbər verdiyimiz kimi, oktyabr ayının 1-də Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin növbəti sammitində iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Putinin bu ölkəyə ilk səfəri olacaq. Ümumilikdə isə bugünə kimi Putin Rusiya prezidenti kimi 5 dəfə Ermənistana səfər edib.
Məlumat üçün bildirək ki, Rusiya prezidenti Ermənistanla müqayisədə Azərbaycana 1 dəfə daha çox səfər edib.
Rusiya rezidenti Vladimir Putinin Azərbaycana və Ermənistana etdiyi səfərlərin tarixi belə olub:
Vladimir Putinin səfərləri |
Azərbaycana | Ermənistana |
2001-ci il | 9-10 yanvar | 24-25 may |
2003-cü il | 14-15 dekabr | - |
2005-ci il | - | 24-25 mart |
2006-cı il | 21-22 fevral | - |
2013-cü il | 13-14 avqust | 2 dekabr |
2015-ci il | 12-13 iyun | 24 aprel |
2016-cı il | 8 avqust | 14 oktyabr |
2018-ci il | 27 sentyabr | - |
2019-cu il | - | 1 oktyabr |