İctimai Televiziya ARB TV-ni ələ salıb.
Yeniavaz.com xəbər verir ki, ötən gün ARB TV-də yayımlanan “Sayqa ilə” verlişinin qonağı müğənni Afaq Aslan olub. Belə ki, verlişdə studiyaya bir gənc gələrək müğənniyə evlilik təklifi edib və hətta ona görə ailəsindən belə imtina edəcəyini bildirib. Verlişdə baş verən hadisə isə daha sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sözügedən gənc bu dəfə İTV-də yayımlanan “3D” verlişinə dəvət edilib. Belə ki, Dadaş Dadaşlinskinin aparıcılıq etdiyi şounun sonunda həmin gənc ARB TV-dəki səhnəni təkrarlayaraq, efirə daxil olub və katibə Lyubaya evlilik təklifi edib. Lyubanın “Sən həmin sözləri dünən ARB-də demirdin” sualına “Burada da yox desəniz, Real TV-ə gedəcəm” sözləri ilə cavab verib.
Lyubayadan da yox cavabı alan gənc orada özündən gedib. Bu zaman verilişdə qonaq olan Azərbaycan Avtomobil Yolları Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi və ARB TV-nin aparıcısı Anar Nəcəfli efirlə sağollaşıb və studianı tərk edib.
Lüba isə həmin şəxsə yaxınlaşaraq “Ay oğlan, veriliş bitdi, dur. Qonorarını mühasibatlıqdan alarsan” deyə, söyləyib.