
Azərbaycan əhalisinin 1%-nin çəkisi normadan az, 55,3%-nin çəkisi isə normadan çoxdur. Əhalinin yalnız 43,7%-nin çəkisi normaldır.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin 8,1%-də həddindən artıq piylənmə müşahidə olunub.
Qadınlar arasında piylənmədən əziyyət çəkənlərin sayı daha çoxdur. Belə ki, qadınların 9,1%-i, kişilərin isə 7%-i həddindən artıq piylənmədən əziyyət çəkir.
Piylənmə əsasən yaşı 45-dən çox olan qadınlarda müşahidə olunub. 45-64 yaş aralığında olan qadınların 72,7%-də piylənmə qeydə alınıb. 45-64 yaş aralığında olan qadınların 15,3%-də isə həddindən artıq piylənmədən əziyyət çəkir. 65 yaşdan yuxarı olan qadınlarda isə bu göstərici 17% olub. Ümumiyyətlə 65 yaşdan yuxarı qadınların yalnız 31,3%-nin çəkisi normal hesab edilir.
Yaşı 45-dən çox olan kişilər arasında piylənmə qadınlarla müqayisədə çox olub. 45-64 yaş aralığında olan kişilərin 76,1%-də piylənmə müşahidə olunub. Bu yaşda olan kişilərin 11,3%-i isə həddindən artıq piylənmədən əziyyət çəkirlər.
Qadınlar | Kişilər | |
Çəkisi normadan aşağı | 1,1 % | 0,9 % |
Normal çəki | 46,5 % | 40,7 % |
Piylənmə ərəfəsi | 43,3 % | 51,4 % |
Həddindən artıq piylənmə | 9,1 % | 7 % |