
Ermənistan keçmiş daxili işlər naziri Hayk Arutyunyanın bu axşam intihar etdiyi bildirilir.
Yeniavaz.com Ermənistan mətbuatına isrinadən bildirir ki, keçmiş nazirin meyiti yaşadığı evdı tapılıb.
Onun baş nahiyəsinə odlu silahdan atəş açıldığı bildirilir.
Qeyd edək ki, Hayk Arutyunyan 1999-2003-cü illərdə Ermənistanın Daxili işlər naziri, 2003-2008-ci illərdə illərdə polis rəisi, 2010-2014-cü illərdə isə Ermənistan Ədliyyə Nazirliyinin Cəzaçəkmə müəssisəsinin rəisi olub.
Onu da bildirək ki, Robert Koçaryan prezident olduğu dövürdə - 2008-ci il 1 mart tarixində seçkilərin nəticələrinə etiraz edən müxalifət təmsilçilərinə qarşı güc tətbiq edib və nəticədə 10 nəfər, o cümlədən, iki polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət alıb.
Nikol Paşinyan ötən ilin may ayında hakimiyyətə gəldikdən sonra Koçaryan barəsində cinayət işi açılıb və ötən ilin iyulun sonunda həbs olunub.
Dünən axşam intihar etdiyi bildirilən Hayk Arutyunyanın adı da həmin cinayət işində keçirdi və məhkəmədə şahid qismində ifadə verib.
Tətbiqimizi yükləyə bilərsiniz