İstanbulda polisdən nəfəs kəsən əməliyyat - ANBAAN VİDEO


Türkiyədə külli miqdarda narkotik maddə qaçıran avtomobil polis tərəfindən saxlanılıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbulda polis narkotik maddə olduğunu öyrəndiyi avtomobili saxlamaq istəyib.

Bu vaxt sürücü polisə tabe olmayaraq avtomobili hərəkətə gətirərək qaçmağa başlayıb.

Polisin cinayətkarın arxasınca düşməsi ilə film səhnələrini xatırladan hadisələr başlayıb.

Polis cinayətkarın avtomobilini zərər verilmədən bir neçə dəfə saxlamağa çalışsa da sürücü dayanmaq istəməyib.

Bunu görən polis narkotik maddələrlə dolu avtomobilin təkərlərinə atəş açaraq sürücünü məcburi dayandıra bilib.

Həmin anlar yaxınlıqdakı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. 

DİGƏR XƏBƏRLƏR

Top