Vurğun Əyyubun səhhəti ilə bağlı son durum


“Hörmətli media mənsubları, son günlər hər birimizin durumunu narahatlıqla izlədiyimiz Vurğun Əyyubun səhhəti ağırlaşsa da o yaşamaq həvəsi ilə həyat uğrunda mübarizəsini davam etdirir”.

Yeniavaz.com xəbər verir ki, bunu Vurğun Əyyubovun təmsil olunduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu feysbukda yazıb.

Q.İbadoğlunun sözlərinə görə, bu ağır durumda hər birimizin ictimai məsuliyyətimiz Vurğun bəyə və ailəsinə mənəvi dəstək olmaqdır:

“Lakin, bəzi jurnalistlər bu məsələyə münasibətdə fərqli yol tutur, xəbər yarışına çıxaraq dəqiqləşdirilməmiş məlumatlar yayır, qeyri-səhih informasiyalar dərc edir. Odur ki, sizlərdən xahiş edirəm ki, nəzərə alasınınız ki, Vurğun bəyin səhhəti ilə bağlı yalan məlumatların dərci onun ailəsinin narhatlığını daha da artırır, ailəyə, yaxınlara və dostlara əlavə mənəvi və fiziki əziyyət verir”. 

Qeyd edək ki, bu gün səhər saatlarında bəzi şəxslər sosial şəbəkədə Vurğun Əyyubun rəhmətə getdiyi barədə statsular yazıblar.

DİGƏR XƏBƏRLƏR

Top