Azərbaycanda uşaq su dolu vedrəyə düşərək boğulub


Şəkidə bir yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. 

Yeniavaz.com  APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında rayonun Suçma kənd sakini, 2018-ci il təvəllüdlü Nuranə Nofəl qızı Əhmədova suda boğulma əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

Məlumatda bildirlir ki, bir yaşlı körpə yaşadığı ünvanda ehtiyatsızlıqdan içərisində su olan vedrəyə başı aşağı düşüb. Nəticədə N.Əhmədova suda qismən boğulub. 

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən N.Əhmədovaya lazımı tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top